AZ

“Zirə” Qəbələ səfərində, Bakıda Azərbaycan derbisi

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində iki matç baş tutacaq.

İlk finalçı Qəbələdə bəlli olacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Kubokun son qalibi titulunu qorumaq üçün mərhələni keçməlidir. Qonaqlar isə ilk görüşdəki üstünlüyü qorumağa çalışacaq.

Azərbaycan derbisində “Qarabağ” “Neftçi”ni sınağa çəkəcək. Səfərdə 4 cavabsız qol vuran Ağdam klubu cavab görüşünü böyük ölçüdə formallığa çevirib.

Qeyd edək ki, final oyunu iyunun 2-də “Liv Bona Dea” stadionunda təşkil olunacaq.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
24 aprel
17:00. “Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadion
İlk oyun – 1:2

20:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 4:0

İdman.biz

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla