AZ

Ronald Arauxo İlkay Gündoğanın onu tənqidi etməsindən danışdı

İspaniyanın “Barselona” klubunun 25 yaşlı uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo yayda komandasını dəyişə bilər.

Arena.az xəbər verir ki, Arauxonun ətrafı “baluqrana”nın Ronalda təklif etdiyi yeni müqavilənin şərtlərindən narazıdır.

Uruqvaylıya yaxın adamlar futbolçunu klub qeydiyyatını dəyişməyə razı sala bilərlər. Daha əvvəl mətbuatda, Kataloniya komandasının Arauxo müqabilində ən azı 80 milyon avro məbləğ təklif ediləcəyi halda, növbəti transfer pəncərəsində uruqvaylı müdafiəçini satmağa hazır olduğu barədə məlumat yayılmışdı.

Yeri gəlmişkən, Arauxo bildirib ki, UEFA Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyununda (1:4) qırmızı vərəqə alması səbəbindən, onu tənqid etmş almaniyalı yarımmüdafiəçi İlkay Gündoğan müdafiəçidən üzr istəyib:

“O, üzr istədi və bu, artıq mənim üçün əhəmiyyət daşımır. Deməyə sözüm yoxdur. Mən ruhən çox güclüyəm. Bu kluba ona görə gəldim ki, psixoloji cəhətdən çox güclüyəm. Çox işləyirəm. Düşünürəm ki, futbol baxımından heç kim məni heç nəyə görə qınaya bilməz. Keçən günlərdə bu, xırdaçılıq idi. Bunu hamı bilir və mən başımı qaldırmalıyam”, deyə Arauxo vurğulayıb.

Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir. Cari mövsümdə Ronald “Barsa”nın heyətində 34 oyuna çıxıb, 1 qol vurub.

Arauxo “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023) qalibi olub.

Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 16 oyuna 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Ronald Arauxonu 70 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla