AZ

Bakıda 3 aylıq pulsuz aşpazlıq kursuna qeydiyyat BAŞLADI

Azərbaycan Milli Kulinariya Assosiasiyası Dövlət Məşğulluq Agentliyiyi ilə birlikdə

3 aylıq ödənişsiz aşpazlıq və 3 aylıq ödənişsiz qənnadıçılıq kurslarına qəbul elan edib.


Qurumdan Modern.az-a bildirilib ki, kursları bitirən müdavimlərə beynəlxalq tanınma rejiminə malik sertifikat təqdim ediləcək.


Kursları yaxşı və əla qiymətlərlə bitirən müdavimlərin işlə təmin edilməsinə dəstək veriləcək.
 

Müdavimlərə dərslər Assosiasiya üzvləri, ali təhsilli texnoloqlar, yüksək ixtisas səviyyəli aşpazlar, qənnadıçılar tərəfindən keçiləcək.
 

Beynəlxalq yarışların qalibləri olan kulinarlar tərəfindən vaxtaşırı müdavimlərə usta siniflər təşkil ediləcək.
 

Əla və yaxşı qiymətlərlə oxuyan müdavimlər peşəkar yarışlarda iştirak edə biləcəklər.
 

Yerlərin məhdud olduğunu bəyan edən Azərbaycan Milli Kulinariya Assosiasiyası təcili qeydiyyatdan keçməyə çağırıb.

Qeydiyyat adı çəkilən qurumda və DOST mərkəzlərində aparılır.
 

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla