AZ

Tramp və Bayden bu ştatda keçirilən praymerizdə qalib gəliblər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyada Respublikaçılar Partiyasının praymerizində qalib gəlib.

O, 83,4%, rəqibi Nikki Heyli isə 16,6% səs toplayıb.

Eyni zamanda, onun rəqibi, hazırkı ABŞ prezidenti Co Bayden bu ştatda Demokratlar Partiyasının praymerizində artıq qalib gəlib. Pensilvaniya ştatında partiyadaxili seçkilərdə iştirakçıların 93%-i Baydenə səs verib, onun rəqibi Din Fillips isə cəmi 7% səs toplayıb.

Bundan əvvəl Bayden və Tramp bir sıra ştatlarda öz partiyalarının praymerizində qələbə qazanmışdılar.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından, indiki prezident Co Bayden isə Demokratlar Partiyasından namizədliyini irəli sürür. Hər iki namizəd qocalma yaşı ilə seçilir: Donald Trampın 77, Baydenin isə 81 yaşı var.

Mənbə: CNN Türk

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla