AZ

Ağsuda mağaza yanaraq külə döndü

Ağsuda ərzaq mağazası yanaraq külə dönüb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakini Elmar Nəcəfova məxsus ümumi sahəsi 90 kv metr olan ərzaq mağazası içərisindəki avadanlıqla və ərzaq malları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda fakt araşdırılır. 

Bizim.Media, Aran bürosu
 

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla