AZ

İranlı nazir barədə həbs qərarı verildi

Argentina məhkəməsi İranın daxili işlər nazirinin həbsinə beynəlxalq order verib.

Ölkə.Az "Mehr"ə istinadən xəbər verir ki, qurum rəhbəri Əhməd Vahidi 1994-cü ildə Buenos-Ayresdə yəhudi icmasının binasının partladılmasında ittiham olunur. O, 86 nəfərin ölümünə səbəb olan hadisədə əlinin olmasında günahlandırılır.

Vahidi hazırda Pakistandan Şri-Lankaya səfər edən İran nümayəndə heyətinin tərkibindədir.

Qeyd olunur ki, Argentina Pakistan və Şri-Lanka hökumətlərinə iranlı nazirin həbs edilərək onlara təhvil verilməsi xahişi ilə müraciət edib.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla