AZ

Bakıda "Uber" sürücüsü qəza törədib qaçdı - VİDEO

Bakıda taksi sürücüsü qayda pozaraq qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 21-də, paytaxtın Məhəmməd Naxçıvani küçəsində baş verib. Belə ki, "Uber" şirkətinə məxsus 77-DZ-491 qeydiyyat nişanlı "Honda" markalı avtomobilin sürücüsü sözügedən küçədə hərəkət edən zaman qaydaları pozub. Görüntünü qeydə alan avtomobilin sürücüsü sağa dönən zaman, taksi sürücüsü ara məsafəsini düzgün seçmədiyi üçün onu vuraraq qəzaya səbəb olub. Zərərçəkən sürücü bildirir ki, qəza törədən taksi sürücüsü hadisə yerindəb qaçıb.

 

Fərid

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla