AZ

Səudiyyə Ərəbistanı pilləli "Nəcd" qülləsi tikəcək - Fotolar

Səudiyyə

Səudiyyə Ərəbistanı yeni pilləli qüllənin ilk renderlərini dərc edib. "Naked Science" nəşri yeni qüllənin görüntülərini də paylaşıb.

Reyting.az
-ın məlumatına görə, Səudiyyə Ərəbistanının nümayəndələri Ər-Riyadda qurulması nəzərdə tutulan monolit "Nəcd" qülləsinin ilk dəfə olaraq görüntülərini açıqlayaraq bildiriblər ki, yeni pilləli qüllə Kral Salmanın adını daşıyan küçənin Olaya ictimai yolundakı kəsişməsində inşa olunacaq.

Nəşr yazır ki, gələcəkdə inşa ediləcək bu bina öz maraqlı formasına baxmayaraq, Səudiyyə Ərəbistanının digər layihələri ilə müqayisədə olduqca qeyri-adi görünür.

“Nəcd”-in hündürlüyü cəmi 58 metr olacaq. Tikilinin içərisində isə nə olacağı hələ ki, bəlli deyil.





Oqtay QORÇU
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla