AZ

Çin ABŞ-ın Tayvana yardımına cavab verib

Global View Press Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin sözçüsü Zhu Fenglian deyib ki, Vaşinqton Tayvanda separatçı qüvvələri dəstəkləmədiyini göstərməli və adaya silah tədarükünü dayandırmalıdır.

Editor.az bu barədə TASS-a istinadla məlumat yayıb. Onun sözlərinə görə, Pekin Vaşinqtonu Tayvanın müstəqilliyini dəstəkləməmək və onu hər hansı şəkildə silahlandırmaqdan imtina etmək öhdəliyini yerinə yetirmək üçün hərəkətə keçməyə çağırır.

Zhu Fenglian hesab edir ki, Amerika qanun layihəsi “vahid Çin” prinsipini, Çin Xalq Respublikası və ABŞ-ın üç birgə bəyannaməsinin müddəalarını pozur, həmçinin müstəqil Tayvanı müdafiə edən separatçılara yanlış siqnal verir.

Qeyd edək ki, aprelin 24-də ABŞ senatorları Vaşinqtonun müttəfiqləri, o cümlədən Ukrayna, İsrail və Tayvan üçün xarici yardım qanun layihəsinin qəbuluna səs veriblər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla