AZ

Abşeronda külək güclənib - FAKTİKİ HAVA

Bakı. Trend:

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbərverildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraitiarabir yağıntılı olub, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, aprelin23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağışyağıb.

Düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qəbələdə 9 mm, Qax, Qrız,Ağsu, Şamaxı, Qobustan, Şahbuz, Bakıda və Abşeron yarımadasında 3mm-dək olub.

Aprelin 23-də şimal-qərb küləyi arabir Bakıda və Abşeronyarımadasında 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24,Naxçıvan MR-da 27, Aran rayonlarında 31, dağlıq rayonlarda 20,yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti olub.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla