AZ

Ruslar Xarkovda iki S-300 raketi ilə yaşayış binalarını vurub

Rusiya Xarkovdakı yaşayış kompleksinə raketlərlə zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov “Telegram”da məlumat verib.

Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleh Syniehubov isə bildirib ki, rus qoşunları Xarkovu iki “S-300” raketi ilə vurub. Ən azı iki nəfər xəsarət alıb, onlara yerindəcə tibbi yardım göstərilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla