AZ

ABŞ Məxfi Xidməti HƏRƏKƏTƏ KEÇDİ: Trampı həbsxanada qorumaq lazımdır

Keçmiş və indiki yüksək rütbəli məmurların müdafiəsini təmin etməkdən məsul olan ABŞ Məxfi Xidməti ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbsxanaya göndəriləcəyi təqdirdə onun təhlükəsizlik tədbirlərini planlaşdırmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "ABC News" məlumat yayıb.

Qeyd olunur ki, məmurlar Trampın məhkəmə binasındakı saxlama kamerasına göndərilib-göndərilməyəcəyini dəqiq bilmədən gözlənilməz bir vəziyyət planlaşdırırlar. Kanal xəbər verir ki, Məxfi Xidmət məsələ ilə bağlı şərh verməyib.

Xatırladaq ki, aprelin 22-də Nyu Yorkda Trampa qarşı biznes sənədlərinin saxtalaşdırılması işi üzrə məhkəmə iclası keçirilib. İttiham tərəfi iddia edib ki, Trampın vəkili Maykl Koen siyasətçinin 2016-cı il prezident seçkilərində qələbəsi ərəfəsində porno ulduz Stormi Danielsə (əsl adı Stefani Klifford) susması üçün 130 min dollar verib. Qadın Trampla 2006-cı ildə görüşdüyünü iddia edir. Siyasətçi porno aktrisanın dediklərini təkzib edir.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla