AZ

Poşettino darmadağına görə utanmır

Mauritsio Poçettino istefa vermək niyyətində deyil. “Çelsi”nin baş məşqçisi “Arsenal”a dünənki məğlubiyyətı görə bu addımı atmayacaq.

Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis 0:5 hesablı yenilgiyə sakit reaksiya verib: “Utandıqmı? Xeyr. Oyunçularım bu münasibətə layiq deyillər, onları günahlandırmayacam. Premyer Liqanın lideri olan çox yaxşı bir komandaya uduzduq. Heyətimiz çox gəncdir və onlara zaman lazımdır”.

Poçettino taleyinə mövsümün sonunda qərar veriləcəyini bildirib. O, növbəti mövsümün komandasını qurduğunu söyləyib.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla