AZ

İki dünya brendi arasında məhkəmə başladı – SƏBƏB

İdman malları istehsalçıları Adidas və Nike arasında məhkəmə çəkişməsi başlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Amerika brendinin məhsulları üzərində zolaqlarla bağlı yaranan mübahisəyə Almaniya apellyasiya məhkəməsində baxılacaq.

Nəşrin yazdığına görə, fikir ayrılığına səbəb Adidas istehsalçısının xarakterik dizayn elementi olan üç paralel zolaqdır.

Qeyd edək ki, 2022-ci ildə şirkət Nike məhsullarında oxşar zolaqlar aşkar edib və rəqibini müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla