AZ

BVF COP29-a hazırlıq çərçivəsində Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır - Cihad Azur (Özəl müsahibə)

Vaşınqton. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) COP29-a hazırlıq çərçivəsindəAzərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır.

Bu barədə Trend-əözəl müsahibəsində BVF-nin Yaxın Şərq və Mərkəzi AsiyaDepartamentinin direktoru Cihad Azur Vaşinqtonda keçirilən BVF-ninYaz iclasları çərçivəsində deyib.

"Biz Azərbaycan müstəqillik əldə etdikdən sonra son 30 ildəaparılan bütün islahatlarla bağlı əməkdaşlıq edirik. Və bir qurumolaraq biz bu tədbirin uğurla keçməsini təmin etmək üçün COP29-ahazırlıq çərçivəsində Azərbaycanla əməkdaşlığa hazırıq. Bizmüntəzəm olaraq siyasi məsləhətləşmələr aparırıq, həmçininAzərbaycana texniki yardım göstəririk", - deyə o bildirib.

C.Azur qeyd edib ki, ümumilikdə BVF öz missiyası çərçivəsindəAzərbaycanın ehtiyac duymadığı maliyyə dəstəyi ilə yanaşı, IV maddəüzrə mütəmadi olaraq siyasi məsləhətlər verir:

"Fonddakı qlobal fəaliyyətimizin üçdə biri fiskal, pul siyasəti,maliyyə sektoru və statistika kimi bəzi spesifik məsələlər kimimüxtəlif sahələrdə texniki yardım göstərməkdən ibarətdir. Bufəaliyyət genişlənir. Bu yaxınlarda biz Qafqaz, Mərkəzi Asiya vəMonqolustan üçün yeni Regional Bacarıqların İnkişafı Mərkəzini(CCAMTAC) açdıq. Bu mərkəz həm texniki yardım göstərir, həm dəregion ölkələri arasında bərabərhüquqlu əməkdaşlıq platformasıdır",- deyə o bildirib.

C.Azur qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 2021-ci ildəCOVID-19-un yaratdığı şokdan xilas olub:

"2021-2023-cü illərdə artım yavaşladı və inflyasiya aşağı düşdü.Real ÜDM 2023-cü ildə 1,1 faiz artıb. Bu, əsasən, qeyri-neft-qazsektoru, yəni nəqliyyat, tikinti, mehmanxana biznesi kimi sahələrləbağlı olub. Orta müddətli dövrdə artım və inflyasiyanın yavaşlamasıgözlənilir. 2024-cü ildə artımın 2023-cü illə müqayisədəyaxşılaşaraq 2,8 faizə çatacağını, 2025-ci ildə isə 2,3 faizlədemək olar ki, eyni qalacağını gözləyirik. Yaxşı xəbər budur ki, buil və gələn il inflyasiya 5 faiz civarında qalacaq. ÜDM-ə olan borcisə 18 faizdir ki, bu da kifayət qədər yaxşı göstəricidir. Ona görədə iqtisadiyyat orta templə də olsa yaxşılaşır".

Cihad Azur əlavə edib ki, BVF Azərbaycan hökuməti ilə fəaləməkdaşlıq edir, maliyyə institutunun missiyaları mütəmadi olaraqölkəyə səfər edir.

"Ona görə də bizim fəal əməkdaşlığımız var. Yaz və illikgörüşlərimiz zamanı bizim ikitərəfli münasibətlərimiz, eləcə dəregion üçün vacib olan bir sıra məsələləri müzakirə etmək imkanımızvar. İndi Azərbaycanın mühüm mandatı var - COP29-u təşkil etmək.COP mühüm bir başlanğıcdır. Düşünürəm ki, bu, bu ilin vacibməqamlarından biri olacaq. Və Fond kömək etməyə hazırdır.Bildiyiniz kimi, Fond iqlimlə bağlı işini müxtəlif üsullarlagenişləndirmişdir. Biz COP29-a hazırlaşmaq və dünyanın bu noyabrdamüzakirə edəcəyi prioritetlərə regional ölçü gətirmək üçünhökumətlə işləməyi səbirsizliklə gözləyirik", - deyə obildirib.

"Yaşıl" keçid sahəsində əməkdaşlıq

Cihad Azur qeyd edib ki, Fond layihələri maliyyələşdirmir, lakinölkələrə “yaşıl” keçidin həyata keçirilməsinə kömək edir.

"Biz yeni “Davamlılıq və Davamlı İnkişaf Fondu”nu işə saldıq.Layihə ölkələrə həm siyasət, həm də struktur islahatları baxımındanböyük dəyişikliklərin edilməsinə kömək etmək məqsədi daşıyır ki, buda ölkələrə mövcud vəziyyətdən çıxmağa və daha "yaşıl"iqtisadiyyatlara doğru irəliləməyə kömək edir. Biz region üçün,eləcə də Azərbaycanla uyğunlaşma məsələsində üç səviyyədəişləyirik. Bölgəmiz ən çox tullantılar mənbələrindən biri olmasada, yenə də ən çox zərər çəkənlərdən biridir. Buna görə də iqlimşoklarının mənfi təsirlərini uyğunlaşdırmaq və azaltmaq üçün birsıra siyasətlər və investisiya potensialı vasitəsilə ölkələrəinkişafa kömək etmək vacibdir.

İkinci səviyyə tullantıların azaldılması və müəyyən sayda yenisektorların, bərpa olunan enerji mənbələri, günəş enerjisi inkişafıvə s., bu da qeyri-karbon enerji istehsalının payını artıracaqdır.Üçüncü səviyyə ölkələrə yeni investisiya imkanlarının müəyyənedilməsinə kömək etməkdir. Bu, ən sürətlə inkişaf edən sektorlardanbiri olacaq və buna görə də bu, ölkələr üçün investisiyalarıartırmaq üçün bu sektorlardan istifadə etmək üçün bir fürsətdir.Azərbaycan ekoloji sektorda yeni fəaliyyətlərin inkişaf etdirilməsiüçün potensial və resurslara malik ölkədir", - deyə o bildirib.

Özbəkistan

Cihad Azur qeyd edib ki, son bir neçə ildə Özbəkistaniqtisadiyyatın açıqlığının təmin edilməsi, investisiyaların cəlbedilməsi və maliyyə sisteminin liberallaşdırılması istiqamətindəmühüm islahatlar həyata keçirib.

"Bundan əlavə, onlar birbaşa investisiyaların cəlb edilməsi vəiqtisadiyyatlarının inkişafı üçün çox çalışırlar. Özbəkistaniqtisadiyyatı son bir neçə ildə yaxşı inkişaf səviyyəsi nümayişetdirib, artımın 2023-cü ildə 6 faiz, bu il isə 5,2 faiz olacağıgözlənilir. Özbəkistan COVID-19, Ukraynadakı müharibə vəgeoiqtisadi parçalanmanın təsirləri kimi müxtəlif şoklara məruzqalıb. Buna görə də Özbəkistan üçün gələcəkdə investisiya axınınısürətləndirəcək islahatlar vasitəsilə transformasiyasınısürətləndirilməsi, eləcə də Özbəkistanla Çin və Avropadanbaşlayaraq bəzi əsas iqtisadi tərəfdaşlar arasında əlaqələrigücləndirilməsi vacibdir", - deyə o bildirib.

BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya departamentinin rəhbəri qeydedib ki, bəzi əlavə konsolidasiya tələb edə bilən sərt fiskalsiyasət vasitəsilə makroiqtisadi sabitliyi qoruyub saxlamaq vəsosial təhlükəsizlik şəbəkəsini təkmilləşdirməklə strukturislahatları prosesinin davam etdirilməsi, iqtisadiyyatın xariciinvestorlar üçün daha da açılması, bəzi dövlət müəssisələrinintransformasiyasının sürətləndirilməsi vacibdir.

Türkmənistan

Cihad Azur qeyd edib ki, Türkmənistan böyük qaz ehtiyatlarına vəinkişaf potensialına malikdir:

"Bu potensialı genişləndirməyin yolu güclü və qurulmuş bazariqtisadiyyatının yaradılması üçün əlavə islahatların aparılması,xarici investorların cəlb edilməsi üçün institusional potensialıntəkmilləşdirilməsi, əlavə sosial yardım və sosial inklüzivliyintəmin edilməsi üçün sosial təhlükəsizlik şəbəkəsiningücləndirilməsidir. Bu, enerji istehsal edən iqtisadiyyatdır və onagörə də qaz və neft sektorlarından kənarda daha da şaxələndirməkvacibdir".

X: @Lyaman_Zeyn

Seçilən
125
50
Mənbələr
Şərh ()
Bağla