AZ

Hizbullah İsrail ərazisinə kütləvi zərbələr endirir

Hizbullah qüvvələri İsrailin Yuxarı Qaliley bölgəsindəki yaşayış məntəqələrinə kütləvi raket zərbələri endiriblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Mayadin" məlumat yayıb.

Bildirilib ki, təkcə Marqaliot qəsəbəsinə reaktiv raket sistemlərindən 30-dan çox zərbə endirilib.

Hücum zamanı Kiryat-Şmon şəhərində elektrik enerjisinin kəsildiyi bildirilib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
94
2
Mənbələr
Şərh ()
Bağla