AZ

Rusiyada YENİ HƏBSLƏR

Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanovla eyni vaxtda rüşvət almaqda şübhəli bilinən, pul köçürmələrində iştirak edən daha bir neçə nəfər saxlanılıb.

Publia.az xəbər verir ki, bu barədə “İzvestiya”yanın mənbəsi məlumat verib.

O bildrib ki, iş Müdafiə Nazirliyinin tikinti müqavilələrinin icrası ilə bağlı ola bilər.

"Kommersant" yazır ki, Timur İvanov FTX əməkdaşları tərəfindən saxlanılıb, sonra o, İstintaq Komitəsinin mərkəzi ofisindən müstəntiqlərə təhvil verilib.

O , xüsusilə külli miqdarda (290-cı maddənin 6-cı hissəsi; xüsusilə külli miqdarda - 1 milyon rubldan) rüşvət almaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza 15 il həbsdir.

Xatırladaq ki, Timur İvanov 2016-cı ilin mayında müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib və əmlakın idarə edilməsinin təşkili, qoşunların kvartallaşdırılması, mənzil-məişət və tibbi təminat, o cümlədən Müdafiə Nazirliyinin obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmirinə cavabdeh olub.

Seçilən
134
1
Mənbələr
Şərh ()
Bağla