AZ

Mahir Emreli ilə vidalaşıb, yerinə 1600 avroluq gənc gətirəcək

Xorvatiya mətbuatı mövsümün sonunda “Dinamo”nu tərk edəcək futbolçularla bağlı yazı dərc edib.

Sportinfo.az xəbər verir ki, “Sportske novosti”də Zaqreb klubunu tərk edəcək oyunçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı qeyd olunub:

“Mövsümün sonunda Mahir Emreli, Tibor Haliloviç, Sadeq Moharammi və Boşko Şutalonun başqa komandalara gedə biləcəyi gözlənilir.

Təbii ki, əgər onlar üçün adekvat həll yolu tapılarsa, bu, baş verəcək. Həmin futbolçuların yerini isə ən yüksək aylıq maaşı təxminən 1600 avro olan gənclər tutacaq”.

Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla