AZ

“Yuventus” İtaliya Kubokunun finalına yüksəldi

Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin oyunu keçirilib.

Publika.az xəbər verir ki, ilk görüşdə "Latsio"nu 2:0 hesabı ilə məğlub edən “Yuventus” bu dəfə rəqibi ilə Romada qarşılaşıb. Turin təmsilçisi 1:2 hesablı məğlubiyyət alsa da, birinci matçda qazandığı qələbə hesabına finala yüksəlib.

"Qoca sinyora"nın həlledici mərhələdəki rəqibi bu gün keçiriləcək “Atalanta” – “Fiorentina” oyunundan sonra məlum olacaq. Bu cütün ilk görüşündə Florensiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Seçilən
45
26
Mənbələr
Şərh ()
Bağla