AZ

Hindistanda nəhəng ilanın qalıqları aşkarlanıb

Hindistanlı tədqiqatçılar avtobusla müqayisə edilə bilən qədim ilanın qalıqlarını tapıblar.

“Report” xəbər verir ki, kəşf “Scientific Reports” elmi jurnalında dərc edilib.

Sürünənin sümükləri Hindistanın Qujarat ştatındakı kömür mədəninin yaxınlığında tapılıb. Yeni tapıntı hindu tanrısı Şivanın boynuna taxdığı ilan kralı Vasukinin şərəfinə “Vasuki indicus” adlandırılıb.

Alimlərin fikrincə, 47 milyon il əvvəl yaşamış bu ilanların uzunluğu 11-15 metr ola, çəkisi bir tona çata bilər. İndi dünyanın ən böyük ilanları uzunluğu yeddi metrdən çox ola bilən pitonlardır.

Çox güman ki, “Vasuki indicus” pusquda yırtıcı gözləyən və sonra ovunu müasir pitonlar və ya boalar kimi boğan ləng sürünənlər olublar. Onlar bataqlıq ərazidə yaşayan balıqları, tısbağa, timsah və qədim balinaları ovlaya biliblər.

Seçilən
100
1
Mənbələr
Şərh ()
Bağla