AZ

Premyer Liqa: “Arsenal”dan “Çelsi”yə 5 cavabsız qol - Video

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turundan təxirə salınmış oyunlar keçirilir.

Arena.az xəbər verir ki, bu gün ilk belə qarşılaşma baş tutub.

Turnir cədvəlinə başçılıq edən “Arsenal” London derbisində “Çelsi” ilə qarşılaşıb. Əzəli rəqibini 5 cavabsız qolla məğlub edən “topçular” zirvədəki mövqelərini möhkəmləndiriblər. Hazırda “Arsenal”ın 77 xalı var. “Liverpul” 74 xalla 2-ci, “Mançester Siti” 73 xalla 3-cüdür. “Çelsi”nin isə 47 xalı var və 9-cu sırada qərarlaşıb.

İngiltərə, Premyer Liqa
29-cu turun oyunları

23 aprel

Arsenal – Çelsi 5:0
Qollar: Trossard, 4. Uayt, 52; 70. Haverts, 57; 65.

24 aprel

22:45. Vulverhempton – Bornmut
23:00. Kristal Pelas – Nyukasl
23:00. Everton – Liverpul
23:00. Mançester Yunayted – Şeffild Yunayted

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla