AZ

Türkiyə hərbi gəmisi Moqadişu limanında: prezident qarşıladı

Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Kınalıada F514" gəmisi Somalinin paytaxtı Moqadişu limanına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə "Horseed" portalı xəbər verib.

Qeyd olunub ki, cari ilin fevral ayında Türkiyə ilə Somali arasında 10 il müddətinə nəzərdə tutulmuş hərbi və iqtisadi əməkdaşlıq haqqında imzalanmış sazişin icrasına başlanılıb.

Gəmini limanda qarşılayan rəsmilər arasında Somali Prezidenti Həsən Şeyx Mohamud da olub.

Seçilən
89
2
Mənbələr
Şərh ()
Bağla