AZ

Ərdoğan Netanyahunu Hitlerlə müqayisə ETDİ

İsrailin baş naziri Benyamin Netanyahu “zəmanəmizin Hitleri”dir.

"Unikal" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz bilməliyik ki, indiki Hitler, Netanyahu və onun əlaltıları məsuliyyətdən qaça bilməyəcəklər. Nə qədər qaçsa da, onun arxasınca gələcəyik. Bir gün ədalət günahsızı və məzlumu istəyəcək”, - deyə Ərdoğan müqayisə edib.

Bundan əvvəl Türkiyə prezidenti İsraili təxribatlarla Yaxın Şərqdə münaqişəni genişləndirməkdə ittiham edib. O əlavə edib ki, İranın İsrailə qarşı əməliyyatı “Qərbin ikili standartlarının nəticəsidir” və “bölgədə daha genişmiqyaslı müharibə ehtimalının o qədər də uzaq olmadığının” sübutudur.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla