AZ

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çəkilişdə görünüb. 


Sfera.az bildirir ki, 90-cı illərin məşhur ulduzu  “Vogue France” jurnalının may buraxılışı üçün fotosessiyaya çəkilib. 


O, jurnala müsahibəsində müalicəsinin necə getdiyindən danışıb və gələcək planlarını bölüşüb.


Selin Dion jurnalın üz qabığının iki versiyasında heyrətamiz şəkildə, açıq ağ köynək və şortda, sinəsini əli ilə örtərək poza verib.

 

Jurnalistlərlə söhbətində Selin 2022-ci ildə ona “sərt əzələ sindromu” (SPS) diaqnozu qoyulduğunu təsdiqləyib. Qeyd edək ki, bu çox nadir nevroloji xəstəlikdir. Simptomları əzələ sərtliyi və spazmları əhatə edir. 2023 və 2024-cü illərdəki bütün konsertlərini ləğv edən Dion əvvəlcə səhhətində yaranan problemləri etiraf etməsə də, sonradan həqiqəti etiraf edib.


İndi müğənni "hər şey yolunda gedir, amma "qarşıda çox iş var" deyir.

 

"Həftənin beş günü idmana, fizioterapiya və vokal dərslərinə gedirəm... İndi bununla yaşamağı öyrənməliyəm və özümü sorğulamağı dayandırmalıyam. İlk vaxtlarda özümə sual verirdim: niyə mən? Bu necə oldu? Mən nə etdim? Bu, mənim günahımdırmı”?

 

Selin bildirib ki, o, indi "ən yaxşı" olmaq üçün bütün bədəni və ruhu ilə işləməyə qərarlıdır. Səhnəyə qayıdıb-qayıtmayacağı ilə bağlı suala Selin Dion hələ tam əminliklə cavab verə bilməyəcəyini vurğulayıb. Orqanizmi tam sağlam olduqda, hər hansı bir formada ona xəbər edəcəyini deyən müğənni ailəsinə və dostlarına göstərdikləri dəstəyə görə təşəkkür edib.

 

"Bir çoxlarınız bildiyiniz kimi, 2022-ci ilin payızında mənə Sərt Əzələ Sindromu (SPS) diaqnozu qoyuldu. Otoimmün pozğunluğu olan bu xəstəliyin öhdəsindən gəlməyə çalışmaq həyatımın ən çətin təcrübələrindən biri olub, lakin mən səhnəyə geri qayıtmaqda qərarlıyam. Səhnədə mümkün qədər normal həyat yaşayıram”-deyə Selin Dion bildirib.

 

Aynil

Sfera.az

Seçilən
141
50
Mənbələr
Şərh ()
Bağla