AZ

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də, məhkəmədə qadına yeni hökm oxunub. 

 

Sfera.az bildirir ki, sağlamlığa ağır xəsarət yetirdiyinə görə Emma Dodd 3 il həbs cəzası alıb. Lakin məhkəmə onun cəzasını yüngülləşdirib. 

 

Hadisəyə gəlincə isə, Dodd bacısı ilə bir klubda dincəlirmiş. Karl adlı şəxs dostu ilə onlara yaxınlaşıb və tərəflər arasında söhbət başlayıb. Bir yerdə Karl qadınların yaşına iztehza edib. Uşaq şənlikləri təşkil edən şirkətə rəhbərlik edən Dodd isə buna cavab olaraq səssiz qalmayıb. 


Zərərçəkmiş mübahisə etməmək üçün tualetə getsə də, bu da  qadına mane olmayıb. O, kişiyə hücum edib və ona bir stəkan şərabla iki dəfə zərbə endirib. Nəticədə Karl baş barmağını zədələyib, üzündə az qala gözünün içinə dəyəcək 10 santimetrlik yara qalıb.

 

Sağlamlığa ağır xəsarət yetirdiyinə görə Emmanı 3 il həbs cəzası gözləyirdi, lakin Mançester Crown Məhkəməsində o, daha yüngül cəzaya məhkum edilib. Dodd 1 il şərti cəza alıb. Bundan əlavə, ona 180 saat ictimai iş təyin edilib.

 

Hakim Elizabeth Nichols qərarı Doddun fədakar və çalışqan qadın olduğunu, cəmiyyət üçün təhlükə yaratmaması ilə izah edib. Dodd həmçinin tək ana olduğu üçün, hakim gənc ananın həbsinin övladı üçün sarsıdıcı nəticələrə səbəb olacağını bildirib.


Öz növbəsində, müttəhimin vəkili Mark Frend müvəkkilinin bu hərəkətini özünə hörmət ilə izah edib.

 

Bundan əlavə qadın zərərçəkənə 800 funt sterlinq təzminat ödəyəcək.

 

Aynil

Sfera.az

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla