AZ

Medvedev Rusiya Federasiyasının prioritetini qeyd edib...

Rusiyanın elmi və texnoloji sferasında prioritet Rusiya Federasiyasına xaricdən təzyiqə maksimum dərəcədə müqavimət göstərməyə imkan verən tədbirlər olmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, qeyd edib ki, Rusiya Federasiyasının elmi və texnoloji inkişafı üzrə on il əvvəl təsdiq edilmiş proqnoz hazırda qüvvədədir.

Medvedevin sözlərinə görə, onu, “sadəcə tənzimləmək yox, fərqli əsasda formalaşdırmaq” lazımdır.

...Bu gün dövlət üçün təbii prioritet o tədbirlərdir ki, bütün sahələrdə potensialımızdan tam istifadə edək və təbii ki, indi üzləşdiyimiz təzyiqlərə, hətta açığını desək, aqressiyaya maksimum dərəcədə müqavimət göstərək.

Bu barədə Medvedev Prezident yanında Elm və Təhsil Şurasının Rəyasət Heyətinin iclasında bildirib.

O qeyd edib ki, bu vəzifələr kompleksi müdafiə ehtiyaclarından kənara çıxır və idxalın əvəzlənməsini, ən yüksək səviyyəli mütəxəssislərin hazırlanması sisteminin təkmilləşdirilməsini əhatə etməlidir.

Nazlı

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla