AZ

Putin Yaxın Şərq ölkələri liderləri arasında böyük nüfuza malikdir...

...Rusiya prezidenti Vladimir Putin Yaxın Şərq ölkələrinin liderləri arasında böyük nüfuza malikdir və buna görə də regiondakı vəziyyətlə bağlı bütün kozırları əlində saxlayır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunuJudging Freedom Youtube kanalına müsahibəsində Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor deyib.

Onun sözlərinə görə, Rusiya Yaxın Şərqdəki münaqişənin həllində “kritik dəyişən”dir.

...Hazırda Vladimir Putin Yaxın Şərqdəki bütün kozırları pərdə arxasında saxlayır. O, çox hörmətlidir.

Bunu Makqreqor vurğulayıb.

Xatırladaq ki, aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya zərbələr endirib. Nəticədə İran konsulluğu dağıdılıb. Onun ərazisində olan hər kəs əziyyət çəkib. Aprelin 13-dən 14-nə keçən gecə İran İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atıb.

Tehran bunu ölkənin Suriyadakı konsulluğuna hücuma cavab adlandırıb.

Nazlı

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla