AZ

Yarımfinalın ilk oyununda qalib müəyyənləşmədi

Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, "Ankaragücü" "Beşiktaş"ı qəbul edib.

Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Komandalar arasında cavab görüşü mayın 7-də baş tutacaq.

Çütün digər qarşılaşmasında isə "Trabzonspor" "Karagümrüklə" üz-üzə gələcək. Matç aprelin 24-də, saat 21:30-da baş tutacaq.
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla