AZ

Ruslar yenə də səhvən rusları güllələyiblər...?

...Bu arada Rusiya ordusunda böyük qalmaqal baş verib. Belə ki, Rusiya Silahlı Qüvvələrinin əsgərləri Oçeretino yaxınlığında bir-birlərini güllələyiblər.

SİA-nın əldə etdiyi məlumata görə, birgün əvvəl, bazar günü “Z” təbliğatçıları Oçeretinodan olan rus hərbçilərinin düşməni məhv etdiklərini iddia edərək, bütöv bir qrup ölü əsgəri göstərən kadrları sevinclə yayımladılar.

Amma “Dialog.ua”-nın yazdığına görə, sonradan ölənlərinNATO geyimində olan Rusiya pasportlular olduğu meydana çıxıb.

...İki gün sonra isə əsil həqiqət üzə çıxıb. Sən demə rusların öldürdükləri30-cu briqadanın rus əsgərləri imiş.

Onlardan birinin şəxsiyyəti videoda yer alan sənədlərdən istifadə edilməklə müəyyən edilib: mobil kamera Kemerovodan olan məktəb direktoru Andrey Şinkarenkonun pasportunu çəkib, onun da ölənlərdən biri olduğu müəyyən edilib.

...Bununla əlaqədar qalmaqal başlayıb və “Z” təbliğatçıları təcili olaraq “ayaqqabılarını dəyişdirməyə” və rus hücum rusların atəşindən deyil, “ukraynalılarla döyüşdəqəhrəmancasına” öldükləri“iddia edilən” yeni bir versiya hazırlamağa başlayıblar.

ƏslindəSİA-nın da bundan əvvəl yazdığı kimi, bu, rus əsgərlərinin səhvən öz əsgərlərini öldürməsi ilk dəfə deyil. Belə ki, bundan əvvəl də Rusiya artilleriya birləşməsinin hədəfin koordinatlarını necə qarışdırdığı və öz mövqelərini necə məhv etdiyi barədə məlumatlar var idi.

Bundan əlavə Rusiya aviasiyası dəfələrlə olub ki, havaya qalxaraq bombaları özlərinkilərin başına tökərək qayıdıblar.

Ağasəf Babayev

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla