AZ

“Rusiya, Azərbaycan, Türkiyə və İranı Qərbə qarşı birləşməyə çağırdı” – Korotçenko 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı yaratmalıdırlar”.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına qarşı çıxmaq istəyirlər.

“Bütün region ölkələri – Rusiya, Azərbaycan, Türkiyə, İran birləşməlidir ki, Ermənistan Qərbin nüfuzunun tramplininə çevrilməsin. Bu gün ABŞ, Aİ, Fransa İrəvandan istifadə edərək regionda qeyri-sabitlik və yeni silahlı münaqişələr yaratmaq istəyir. Fakt budur ki, Şimal-Cənub dəhlizi regiondan keçir və bu, Qərbin sanksiyalarından yan keçmək və Rusiya iqtisadiyyatının dayanıqlı fəaliyyəti üçün zəruri logistikanı təmin etmək baxımından Moskva üçün kritik əhəmiyyət kəsb edir”, – Korotçenko qeyd edib.

Ekspert bidirib ki, Qərb digər məsələlərlə yanaşı, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Onun sözlərinə görə, region ölkələrinin liderləri ən azı Təhlükəsizlik Şuralarının katibləri səviyyəsində məsləhətləşmələrə getməlidirlər. O, Çinin bu təklifə xüsusi diqqət yetirməli olduğunu vurğulayıb.

“Cənubi Qafqazda sabitliyin pozulması Mərkəzi Asiyada sabitliyin pozulması deməkdir və bu birbaşa Çinin özünün maraqlarına toxunur. Başqa sözlə, bu format bizə Qərbin Cənubi Qafqaz regionunu və daha geniş kontekstdə onun ətrafındakı məkanı qarşıdurma və sabitliyi pozma meydanına çevirməsinin qarşısını almaq üçün yol xəritəsini birgə hazırlamağa kömək edəcək”, – Korotçenko bildirib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
168
50
Mənbələr
Şərh ()
Bağla