AZ

Toyun qızğın vaxtında gəlini qaçırmaq istəyiblər

Toyun

Hindistanda toya basqın edən ailə qonaqlara bibər tozu ilə hücum edərək gəlini qaçırmağa cəhd göstərib.

Reyting.az
xəbər verir ki, ölkənin Andhra Pradeş ştatında keçirilən toy sevinci adam oğurluğuna cəhddən sonra xaotik səhnələrlə əvəz olunub.

Məlumata görə, gəlinin anası, qardaşı və əmioğluları gəlini sürüyərək məkandan uzaqlaşdırmağa çalışıblar. Hücumçular gəlinə kömək etmək istəyənlərə qarşı qırmızı bibər tozundan istifadə ediblər. Adam oğurluğu cəhdinin qarşısı sonda bəy, onun ailəsi və dostları tərəfindən alınıb. Lakin dava zamanı bəyin qohumlarından biri ağır yaralanıb.

İndi gəlinin ailəsi hücum, adam oğurluğuna cəhd və qızıl oğurluğu da daxil olmaqla bir sıra ittihamlarla üz-üzədir. Onların toya etiraz etmələrinin səbəbi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Yerli mətbuat yazır ki, Qangavaram Sneha (gəlin) və Battina Venkatanandu (bəy) ştatın kollecində oxuyarkən bir-birini tanıyıblar. Onlar əvvəlcə dost olub, sonra evlənmək qərarına gəliblər.

V. QULİYEV
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla