AZ

Ukraynaya əsgər göndərmək Avropa üçün yaxşı heç nə vəd etmir...

...Yaxın günlərdə Böyük Britaniyanın baş naziri Rişi Sunak Donald Tusk ilə Ukraynanı müzakirə etmək üçün Polşaya səfər etməyi planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə “The Spectator” yazır.

...Son zamanlar bəzi avropalı siyasətçilər bunun üçüncü dünya müharibəsinə səbəb ola biləcəyini qeyd etmədən öz qoşunlarını Kiyevə kömək üçün göndərmək barədə danışmağa başlayıblar.

Bu gün hərbi analitiklər də etiraf edirlər ki, Rusiya-Ukrayna münaqişəsinə Avropanın birbaşa müdaxiləsinə açıq olan bütöv bir “ölkələr bloku” yaranıb.

Xatırladaq ki, hələ fevral ayında bu məsələni qaldıran Fransa prezidenti Makron idi. Daha sonra onu Polşanın xarici işlər naziri Sikorski də dəstəkləyərək, belə bir addımı “ istisna etmədiyini” söylədi.

...Amma, etiraf edək ki, belə bir müdaxilənin göründüyü qədər apokaliptik olmayacağını əmin edən ekspertlər də var.

... Axı ölkələr NATO deyil, Avropa adından hərəkət edərsə, 5-ci maddə qüvvəyə minməz. Üstəlik, avropalı əsgərlər, şübhəsiz ki, ruslarla genişmiqyaslı döyüşə göndərilməyəcəklər.

Onlar cəbhədən uzaqda qalacaq və bununla da döyüşə başlamaq niyyətində olmadıqlarını açıqlayacaqdılar. Onların məqsədi Rusiyanın ciddi irəliləyişlər edəcəyi təqdirdə Kiyev kimi böyük şəhərləri qorumaq olardı. Eyni analitiklərin fikrincə, belə bir addım cəbhəyə aparılacaq çoxlu sayda Ukrayna hərbçisinin azad edilməsinə kömək edəcək.

Ukraynalılar ölkənin şərqində döyüşəcəklər və avropalılar bu zaman arxa cəbhəyə dəstəyini gücləndirə bilər. Buraya ukraynalı əsgərlərə təlim keçmək, zədələnmiş avadanlıqların təmiri və ya hava hücumundan müdafiə batareyalarının yerləşdirilməsi daxildir.

...Bu, çox yaxşı ideyadır və Qərb ölkələri də ondan dəyərli dərslər götürəcəklər, hətta bu, sadəcə olaraq logistika və texniki xidmətdə kömək etsə belə. Əgər Ukrayna müharibədə uduzmağa başlasa, biz yenə də bunu etməli olacağıq, ona görə də biz onu ancaq irəliyə doğru itələyirik.

Qeyd edək ki, bunu istefada olan britaniyalı polkovnik və hərbi ekspert Qlen Qrant bildirib.

...Və artıq sualıSİA verir.

Maraqlıdır, görən, Qərb ölkələri Rusiyaya qarşı döyüşlərdəki itkilərlə razılaşacaqmı?

Gərək ki, o vaxtQərbin Əfqanıstandakı kampaniyası zamanı Avropanın əksər iştirakçı ölkələri 50-dən çox insan itirməsə də, amma bunu indiyə qədər böyük itki kimi qələmə verirlər.

...O da yadınızda olar...keçmiş YuqoslaviyadaNATO nəzdində olan ölkələr balaca bir ölkəni- Kosovanı7 milyonluq serblərdən qoruya bilmirdilər.

Məhz elə buna görə də, Makronun və ya digərlərinin Ukraynaya qoşun-filan göndərəcəkləri ilə bağlı dedikləri heç də inandırıcı görünmür...

Ağasəf Babayev

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla