AZ

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Paris, 23 aprel, AZƏRTAC

Parisdə Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) Türk Mədəniyyəti və Dilləri Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə müxtəlif türk ölkələrinin milli adət-ənənələri nümayiş edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmiz İNALCO-da təhsil alan tələbələrimizin təşkilatçılığı ilə mədəniyyətimizi əks etdirən stendlə təmsil olunub.

Dövlət bayrağımızla bəzədilmiş Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi haqqında fransız dilində çap edilmiş kitablar, xalçaçılıq, eləcə də milli qədim sənətkarlıq nümunələri sərgilənib. Həmçinin türk xalqlarının incəsənət nümunələri təqdim olunub. İNALCO-da təhsil alan və Azərbaycan stendinin təşkilatçısı olan tələbələrimiz milli rəqsimizi ifa ediblər.

Tədbir çərçivəsində İNALCO tələbələri Azərbaycan paxlava və şəkərburası da daxil olmaqla, türk xalqlarının milli şirniyyatlarından dadıblar.

Qeyd edək ki, bu mədəniyyət günləri müxtəlif coğrafi ərazilərdə yaşayan türk xalqlarının mədəni irsini tanıdılmasına xidmət edir.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla