AZ

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

Daha çox "şeytanın kometası" kimi tanınan 12P/Pons-Brooks çox tezliklə Günəşə ən yaxın məsafədə olacaq və biz onu adi gözlə görə biləcəyik.

Lent.az xəbər verir ki, bu dövrdə xüsusilə parlaq və gecə səmasında görünəcək.

Kometa vulkanı kimi tanınan bu astronomik obyektin diametri təqribən 17 km-dir və Günəşə ən yaxın məsafəsinə aprelin 23-də, ulduzumuzdan 232 milyon km aralıda çatacaq. Günəşə yaxın olmaq bu yaşıl kometanın xüsusi kimyəvi tərkibinə görə parlaqlığının artmasına səbəb olacaq.

Qeyd edək ki, Şimal yarımkürəsinin sakinlərinin yaxın gələcəkdə belə bir müşahidə imkanı olmayacaq.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla