AZ

Blinken vəliəhdlərlə görüşmək istəyir

ABŞ dövlət katibi Entoni Blinken bu həftəsonu Səudiyyə Ərəbistanına səfər etmək niyyətindədir və bu səfər zamanı krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" informasiya portalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin xəbərinə görə, Amerika diplomatiyasının rəhbəri Çin səfərindən sonra Səudiyyə Ərəbistanına səfər edəcək. Blinkenin aprelin 28-29-da Ər-Riyadda keçiriləcək Dünya İqtisadi Forumunun xüsusi iclasında iştirak edəcəyi gözlənilir. Dövlət Departamentinin rəhbəri vəliəhddən başqa regionun digər rəhbərləri ilə də görüşəcək. Dövlət Departamenti bu məlumatı şərh etməkdən imtina edib.

"Axios" qeyd edib ki, Amerika administrasiyası normallaşmaya yol aça biləcək razılaşmalar üzərində işləməyə davam edir. Portalın məlumatına görə, Blinken İsrailə səfər etmək və Baş nazir Benyamin Netanyahu və yəhudi dövlətinin digər yüksək rütbəli rəsmiləri ilə görüşmək imkanını da nəzərdən keçirir.

T.İSMAYIL

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla