AZ

“Mən əsir düşən müğənnilərdən deyiləm”

Müğənni Pərvin Lətifov sənət məktəbinin reputasiyasını zədələyən həmkarlarına səslənib.

OLAY yazır ki, ifaçı bu barədə “7 tamam” verilişində danışıb.

“2021-ci ildən Azərbaycan Milli Konservatoriyası ilə əməkdaşlıq müqaviləsi bağlamışıq. Rektor, professor, görkəmli bəstəkarımız Siyavuş Kərimi dedi ki, gəl belə bir iş edək və biz əməkdaşlıq müqaviləsi bağladıq. Onlar da bizim dərslərə ciddi nəzarət edirlər. Hazırda İtaliya ilə danışıqlar aparılır. Çox pis təsirlər və təzyiqlər görürəm. Bu işlərin alınması bəzən narazılıqlar yaradır. Düşüncələr, yanaşmalar fərqlidir. İnsanlar var deyir ki, nəyinə lazımdır, pulunu qazan. Mən cavabında ona deyirəm ki, sənə bir neçə pul qazanmağa daha gözəl yol göstərə bilərəm. Çalışırlar məktəbin reputasiyasını zədələsinlər. Bizdə ali məktəbə hazılıq mərhələsidir. Gəlir bizim direktora deyir ki, filan müğənni dedi ki, məsləhət görmürəm. Halbuki, məktəbdə təhsil ən akademik səviyyədədir. Çünki ona özüm nəzarət edirəm, siniflərə girirəm. Deyə bilmirəm ki, niyə narahatsınız. Siz ömrünüz boyu toylara işləmisiniz, əsir düşmüsünüz. Mən əsir düşən müğənnilərdən deyiləm”, - deyə, o, söyləyib.

Qeyd edək ki, Lətifovun “Bel Canto” adlı məktəbində “vokal”, “skripka”, “təsviri incəsənət” bölmələri üzrə dərslər keçilir.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla