AZ

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Rusiya

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, müdafiə nazirinin müavini İvanov Timur Vladimiroviç Cinayət Məcəlləsinin 6-cı maddəsinin 290-cı hissəsində (rüşvət almaq) nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Timur İvanovun saxlanılması ilə bağlı Rusiyaprezidenti Vladimir Putinə məruzə edilib.

Onun sözlərinə görə, bu barədə müdafiə naziri Sergey Şoyqu da əvvəlcədən məlumatlandırılıb.

ELÇİN
Seçilən
38
44
Mənbələr
Şərh ()
Bağla