AZ

İsrail İrana hücum etməyə cəhd etsə vəziyyər kəskin dəyişəcək - İran prezidenti

Əgər İsrail Müdafiə Qüvvələri (IDF) İrana hücum etməyə cəhd edərsə, cavab tədbirləri kəskin olacaq.

Bu barədə İslam Respublikasının Prezidenti İbrahim Rəisi bildirib.

"İsrail İran ərazisinə hücum etməyə cəsarət etsə, vəziyyət kəskin şəkildə dəyişəcək. Əgər belə bir cəhd olsa, İsraildən əsər-əlamət qalmayacaq”, -  o bildirib.

Aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq  İsrailə doğru onlarla pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib.

Eyni zamanda, İran tərəfi yəhudi dövləti ərazisində bir sıra hərbi obyektlərin məğlub edilməsi barədə məlumat verib. 

Gülnar
www.anews.az
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla