AZ

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib.

BiG.AZ xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyyat işçisi çəkiclə maşının şüşəsini sındırmağa müvəffəq olub.

Şüşə sındırıldıqdan sonra sürücü sürətlə avtomobildən çıxarılıb. Sürücü xilas edildikdən qısa müddət sonra bütün avtomobil yanıb.

Həkim qrupları tərəfindən xəstəxanaya çatdırılan sürücünün ciddi xəsarət olmadığı və vəziyyətinin yaxşı olduğu bildirilib.


BiG.Az
Seçilən
91
49
Mənbələr
Şərh ()
Bağla