AZ

“Qərb Cənubi Qafqazda sabitliyi pozmaq istəyir” – Rusiya XİN


“Kollektiv Qərb ölkələri Rusiya Federasiyasını strateji məğlubiyyətə uğratmaq cəhdləri ilə Cənubi Qafqazda sabitliyi pozmağa çalışır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviqi haqqında” görüşün yekunlarına dair bəyanatda deyilir.
Vurğulanır ki, kollektiv Qərb Rusiyaya strateji məğlubiyyət vermək üçün Ukraynanın ardınca postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyəti sabitliyi pozmağa, onları birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, Rusiyanın region ölkələri ilə mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışır.
Qeyd edilir ki, Rusiya, Qərbdən fərqli olaraq, Cənubi Qafqazda yalnız sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi prioritetindən çıxış edir:
“Rusiya bizi çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insan təmasları birləşdirən regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək”.
Bəyanatda həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər kompleksinin tam şəkildə həyata keçirilməsi, o cümlədən Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirilməsinin zəruriliyi bildirilir.
Bu kontekstdə “3+3” məsləhətçi regional platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) potensialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb.
Seçilən
26
6
Mənbələr
Şərh ()
Bağla