Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyada keçiriləcək toplantıda iştirak etməkdən imtina edib.
Modern.az xəbər verir ki, o, aprelin 24-25-də Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin Beynəlxalq Toplantısında iştirak etməyəcək.
Sözügedən toplantı 2010-cu ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının himayəsi altında keçirilir.