AZ

PSJ “Barselona”nın ulduzuna görə 200 milyon avro ödəməyə hazırdır

style='margin-bottom:10px;'>

PSJ "Barselona"nın futbolçusu Lamin Yamalı heyətinə qatmaqda israrlıdır. 

QOL.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb. 

PSJ “Barselona”nın gənc vingeri üçün 200 milyon avro ödəməyə hazırdır. Yamal Fransa klubunun qarşıdan gələn transfer pəncərəsi üçün əsas hədəfləri siyahısındadır. PSJ onu yayda komandanı tərk edəcəyi gözlənilən Killian Mbappenin əvəzləyicisi kimi görür. 

Qeyd edək ki, “Barselona”nın 16 yaşlı yetirməsi bu mövsüm 44 matça çıxıb, 6 qol vurub və 4 qol ötürməsi edib. L. Yamalın İspaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Seçilən
52
37
Mənbələr
Şərh ()
Bağla