AZ

Renduliç qalib gəldi və narazılıq etdi - REPORTAJ

“Qəbələ” ilə hesablaşmaq üzrə olan “Kəpəz” turnir cədvəlində “Araz-Naxçıvan”ı da arxada qoymaq niyyətini gizlətmir.

Gəncə klubu ilə müqayisədə “Sabah” daha ciddi turnir vəzifələrinin həlli ilə məşğuldu. Sirr deyil ki, avrokuboklara vəsiqəyə iddialılardan biri də məhz paytaxt təmsilçisidi.

İlk dəqiqələr qarşılıqlı hücumlar şəraitində keçdi. Hətta bu ərəfədə təhlükəli vəziyyətlər də qeydə alındı. 12-ci dəqiqədə Da Silva irəli incə ötürmə verdi, Parris sürəti hesabına Vüsal Məsimovu geridə qoymağı bacardı. Yamaykalı yarımmüdafiəçinin hesabı açmasına heç kim mane ola bilmədi. Gəncəlilər dərhal hesabı bərabərləşdirmək üçün irəli atıldı. Qarşılaşmanın 13-cü dəqiqədə “Sabah”ın müdafiə xəttində yaranan anlaşılmazlıqdan Olavale yararlanmaq istəsə də, zərbəsində azacıq dəqiqlik çatmadı. Ardından “Kəpəz” yenə təhlükəli hücum qurdu. Falın ötürməsini Niane zərbə ilə tamamladı. Amma dəqiq ola bilmədi. “Sarı-göylər” meydanın rəqibə aid hissəsində pressinq edərək “bayquşlar”ı səhvə məcbur etməyə çalışırdı. 23-cü dəqiqədə Şakir Falın uzaqdan gələn ötürməsini qəbul etdi. Şakirin cərimə meydançasına doğru ötürməsini Martins tamamlamaq istəsə də, zərbəsi bir o qədər inamlı olmadı. 30-cu dəqiqədə qonaqlar yenidən fərqlənsə də, yan xətt hakiminin bayrağı havada idi. Buna görə ruhdan düşməyən Masazır təmsilçisi ardıcıl hücumlar sayəsində 34-cü dəqiqədə istəyinə çatdı. Belfodil Parrisin gözəl ötürməsini qola çevirdi - 0:2.

İkinci yarıya daha fəal başlayan nominal meydan sahibləri çoxlu qol imkanını boşa verdi. 60-cı dəqiqədə Martinsin qapıya doğru zərbəsində azca dəqiqlik çatmadı. Cəmi bir dəqiqə sonra Martins cərimə meydançasına doğru ötürmə verdi, Niane incər toxunuşla topu tora qovuşdurdu - 1:2. Gəncəlilər bir neçə dəfə hesabı bərabərləşdirmək imkanı qazansa da, bütün bunlar nəticəsiz qaldı. Beləliklə, “Sabah” “Kəpəz”i məğlub etməklə avrokuboklara vəsiqə şansını artırdı.

Gözdən qaçmadı
* Oyundan əvvəl “Kəpəz” azarkeşlərini alqışlayırdısa, “Sabah”ın futbolçuları şəkil çəkdirirdi.
* 21-ci dəqqədəNianenin qol vurduğun düşünən diktor mahnı qoysa da, tez bir zamanda dayandırdı.
* Final fitindən sonra “Ultars Kəpəz”in üzvləri “İqor, bir dənə kişi sənsən, digərləri bizlə görüşmədi” dedi.

ƏSƏD SEYİDOV

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla