AZ

Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Rusiya XİN

Bakı. Trend:

Kollektiv Qərb ölkələri Rusiya Federasiyasına stratejiməğlubiyyət vermək cəhdləri ilə Cənubi Qafqazda vəziyyətisabitsizləşdirməyə çalışırlar.

Trend-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziriSergey Lavrovun sədrliyi ilə nazirliyin “Cənubi Qafqazda Rusiyanınmaraqlarının təşviqi haqqında” kollegiya iclasının yekunlarına dairRusiya XİN-nin bəyanatında deyilir.

"Vurğulanıb ki, Rusiyaya strateji məğlubiyyət vermək üçünkollektiv Qərb Ukraynanın ardınca postsovet məkanının digərhissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyətisabitsizləşdirməyə, Rusiyanı region ölkələri ilə birləşdirənmüttəfiqlik və tərəfdaşlıq münasibətlərini sarsıtmaq, mövcudkollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhvetməyə çalışır", - deyə Nazirlik bildirib.

Nazirlik qeyd edib ki, Rusiya Qərbdən fərqli olaraq CənubiQafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsiprioritetindən çıxış edir:

"Rusiya bizi çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıxinsan təmasları ilə birləşdirən regionun bütün dövlətləri iləqarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığıinkişaf etdirəcək".

Nazirlik, həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasındaüçtərəfli sazişlər toplusunun tam şəkildə həyata keçirilməsi üçünsəylərin davam etdirilməsinin, o cümlədən, Bakı ilə İrəvan arasındasülh müqaviləsinin təsdiqi, regionda nəqliyyat kommunikasiyalarınınaçılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasınınzəruriliyini vurğulayıb.

Seçilən
16
6
Mənbələr
Şərh ()
Bağla