AZ

Gəlin qeydiyyatda olduğu evdən pay ala bilər?

Çox zamanlar ailə quran xanımlar ərinin atası evinə qeydiyyata düşürlər. 

Bakı şəhərində bir çox hallarda bir evə bir neçə nəfər uzaq qohum qeydiyyata düşür. 

Bəs qeydiyyata düşdüyümüz hər ev bizi həmin ev üzərində pay sahibi edir?

Hüquqşünas Şamil Paşayev bildirib ki, qeydiyyatında olduğumuz hər evdən pay ala bilmərik:

“Gəlinin qayınata evində qeydiyyata alınması onu hələ həmin evdə pay sahibi eləmir. Qeydiyyatda olmaq mülkdən pay almaq anlamına gəlmir. Qeydiyyatda olmaq hələ həmin evdən istifadə hüququ da vermir. Həmin evdən istifadə edib, yaşamaq hüququ almaq üçün notariusa gedib, ayrıca müqavilə bağlamaq lazımdır”,- deyə o bildirib

Murad

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla