AZ

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib

Bolat

Bakı, 23 aprel, AZƏRTAC

Prezident İlham Əliyevlə görüşdə biz Azərbaycanın beynəlxalq mövqeyi ilə tanış olduq. Prezident, xüsusən də ölkənin COP29 beynəlxalq konfransına hazırlaşması kontekstində ən aktual məsələlərə toxundu. Azərbaycanın dövlət başçısı, iqlim dəyişikliyi ilə bağlı məsələləri də qeyd etdi. Prezidentin söylədikləri Azərbaycanın müstəqillik illərində nə qədər irəlilədiyini, ən əsası Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir. Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib və son zamanlar bütün nailiyyətlər, əlbəttə ki, ölkənizin nüfuzunun əhəmiyyətli dərəcədə artmağa davam etməsi və Azərbaycanın üst səviyyəyə yüksəlməsi ilə bağlı olub.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstan Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyətinin sədri Bolat Nurqaliyev deyib.

“Azərbaycanın bütün dostları və xüsusən də Qazaxıstanın nümayəndəsi kimi mənim üçün bu, çox böyük müsbət irəliləyiş və sevinmək üçün çox böyük səbəbdir. Bu, bizim üçün böyük qürur mənbəyidir. Biz Azərbaycan xalqına öz mütərəqqi hərəkatını, sosial-iqtisadi inkişafını davam etdirməyi arzu edirik.

Bu mühüm konfransın - COP29-un keçirilməsinin Azərbaycana həvalə olunması onu göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın potensialını çox yüksək qiymətləndirir. Şübhəsiz ki, konfransın keçirilməsi nəticəsində yalnız ölkənizin mövqeyinin müəyyənləşməsi deyil, həm də ən aktual problemlərin həlli üçün əməli yollar tapılacaq. Məsələn, hazırda Qazaxıstanda vəziyyət çox çətindir. Daşqınlardan sonra ölkədə fövqəladə vəziyyət yaranıb. Bu, iqlim dəyişikliyinin və bu yeni çağırışlarla mübarizə aparmaq üçün təcili koordinasiya tədbirlərinin görülməsinin zəruriliyinin əyani təzahürüdür. Hesab edirəm ki, Azərbaycan COP29 çərçivəsində bu məsələlərin öhdəsindən uğurla gələcək”, - deyə qazaxıstanlı ekspert əlavə edib.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla