AZ

Ombudsman "Qarabağın dirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)" adlı kitab üçün müsahibə verib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva “Media Prima Advertising” şirkətininrəhbəri Qrem Vilsona müsahibə verib.

Trend xəbər verirki, Britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan “Qarabağındirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)” adlıkitab üçün müsahibə zamanı Ombudsman Q.Vilsonun sualları əsasındaErmənistan tərəfindən ölkəmizə qarşı törədilmiş müharibəcinayətlərinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinəçatdırılması istiqamətində fəaliyyəti, eləcə də postmünaqişədövründə reinteqrasiya prosesi barədə məlumat verib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindəndanışan Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxınvətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ dəməlumat əldə olunmadığını bildirib.

Müvəkkil İkinci Qarabağ müharibəsi və postmüharibə dövründəErmənistan tərəfindən mülki əhalinin hədəfə alındığıbölgələrimizdə, eləcə də işğal dövründə dağıdılmış ərazilərimizdəfaktaraşdırıcı missiyaların həyata keçirildiyini qeyd edib,hesabatların, bəyanatların və müraciətlərin hazırlanaraq yerli vəbeynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milliinsan hüquqları təsisatlarına təqdim olunduğunu diqqətəçatdırıb.

S.Əliyeva regionda dinc birgəyaşayışın təmin olunması ilə bağlıtədbirlərin əhəmiyyətindən danışıb, ölkəmiz tərəfindən erməniəsilli sakinlərin hüquqlarının təmini və reinteqrasiyasıistiqamətində addımların atıldığını qeyd edib. O, Qarabağda yaşayanerməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini vəmüdafiəsinin daim diqqət mərkəzində olduğunu, Ombudsmana müraciətetmək üsulları ilə bağlı açıqlamaların verildiyini, eyni zamanda,Xankəndi şəhərində erməniəsilli sakinlərlə görüşdüyünü, onlarınhüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlandığınıbildirib.

Müvəkkil, həmçinin cəmiyyətdə hüquq düşüncəsinin və hüquqmədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirməsahəsində həyata keçirdiyi fəaliyyəti barədə də məlumat verib,həssas əhali qruplarının hüquqlarının müdafiəsi və digər mövzulardatədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.

Ombudsman
Ombudsman
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla