AZ

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib.

BiG.AZ xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədəd "Şahid" tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.

Açıqlamada Kiyev, Mikolayiv, Odessa və Çerkassı vilayətlərində 15 PUA-nın hava qüvvələri tərəfindən vurulduğu qeyd edilib.

Odessa Vilayəti Hərbi İdarə rəisi Oleq Kiper sosial media hesabındakı paylaşımında Rusiya ordusunun Odessada həyata keçirdiyi PUA hücumunda evlərə ziyan dəydiyini, 2-si uşaq olmaqla 7 nəfərin yaralandığını bildirib.


BiG.Az
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla