AZ

Britaniyanın müdafiə sənayesi müharibə relsinə keçiriləcək - Sunak

Britaniyanın baş naziri Rişi Sunak ölkənin müdafiə sənayesini müharibə relsinə keçirəcəyinə söz verib.

Musavat.com xəbər verir ki, o, bunu Varşavaya səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib: "Biz Böyük Britaniyanın müdafiə sənayesini müharibə vəziyyətinə keçirəcəyik. Ukraynadakı müharibənin əsas dərslərindən biri odur ki, bizim daha çox döyüş sursatı ehtiyatına ehtiyacımız var və sənayemiz onları daha tez doldura bilir".

Sunak bu açıqlamanı Böyük Britaniyanın müdafiə xərclərini 2030-cu ilə qədər ÜDM-in hazırkı 2,3 faizindən 2,5 faizinə çatdırmaq planını izah edərkən verib.

Musavat.com

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla