AZ

Yakub Koreyba: "Polşa daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

Sərhədlərin toxunulmazlığı prinsipinə əməl olunmadıqca, hər bir dövlət ərazi bütövlüyünün pozulmasına görə narahatlıq keçirəcək.

APA-nın məlumatına görə, bunu Polşadakı Avrasiya Araşdırmalar İnstitutunun eksperti Yakub Koreyba bildirib.

O deyib ki, səbəbindən asılı olmayaraq, bir ölkənin digərinin ərazisinə daxil olması işğal kimi qiymətləndirilməlidir:

“Polşa hər zaman sərhədlərin toxunulmazlığı pinsipinə sadiqdir. 28 il ərzində Polşa daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Digər ölkənin ərazisinin zorla tutulması işğal, işğal isə qəbuledilməzdir. Əgər bu gün bir ölkə digərinin sərhədini pozursa, sabah sərhədi pozulan ölkə Polşa ola bilər. Polşa sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü məsələsində barışmaq mövqeyə sahibdir. Bu prinsipə əməl olunmadıqca hər bir ölkə öz sərhədlərinin toxunulmazlığından ötrü narahatlıq keçirəcək. Ona görə də Ukraynanın sərhəd bütövlüyü toxunulmaz olmalıdır. Daha sonra isə tərəflər aralarındakı fikir ayrılıqlarını danışıqlar masası arxasında müzakirə etməlidir”.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla